15 May - Beynəlxalq Ailə Günüdür

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il may ayının 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 1994-cü ildən etibarən isə 15 may bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.

15 may tarixinin Beynəlxalq Ailə Günü kimi elan edilməsində əsas məqsəd diqqəti ailə institutunun inkişafına, ailə dəyərlərinin möhkəmləndirilməsinə çəkmək və gələcək nəsillərə sağlam ailə ənənələrini ötürməyə töhfə verməkdir. Bununla əlaqədar olaraq C.Əskərov adına 50 nömrəli tam orta məktəbin psixoloqu Mətanət Piralıyeva “Ailə Günü” ilə əlaqədar 3-cü sinif şagirdləri ilə “Mənim ailəm” lövhəsi hazırladı. Və hər bir şagird öz ailəsini bir cümlə ilə ifadə etdi. Həmçinin 5-ci sinifdə “Ailəm” mövzusunda psixoloji iş aparıldı və iş vərəqləri yazıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi