“Ulu bir sərkərdə, ulu bir öndər”

10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu münasibətlə C.Əskərov adına 50 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zeynəb İmanovanın rəhbərliyi və 2a sinif şagirdlərinin iştirakı ilə “Ulu bir sərkərdə, ulu bir öndər”adlı tədbir təşkil olundu. Şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş olundu. Sonda məktəbin direktoru Vəfa Məmmədova çıxış edərək bildirdi ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.