"Narkotika əsrin bəlasıdır,zərərli vərdişlərə yox deyək"

08.05.2025-ci il tarixində C.Əskərov adına 50 nömrəli tam orta məktəbin akt zalında "Narkotika əsrin bəlasıdır,zərərli vərdişlərə yox deyək" mövzusunda Səbail Rayon Polis İdarəsinin rəhbərliyi ilə tədbir təşkil olundu. Tədbirdə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, Nəriman Bayramov, Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi Elnur Orucov, Səbail RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsinin rəisi Aqil Xudiyev, Səbail RPİ-nin rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Fəxrəddin Babayev, Respublika Narkoloji Mərkəzinin Psixoloqu Ramin Allahverdiyev, məktəbin direktoru Vəfa Məmmədova və IX, X,XI siniflər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Məktəbin direktoru Vəfa Məmmədova polis əməkdaşlarını və tədbir iştirakçılarını salamlayaraq mövzunun aktuallığı haqqında geniş məlumat vermiş və sözü Səbail RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsinin rəisi Aqil Xudiyevə və Respublika Narkoloji Mərkəzinin Psixoloqu Ramin Allahverdiyev verdi. Yeniyetmələri və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, insan orqanizminə törətdiyi mənfi təsirləri və sağlamlığa törədəcəyi fəsadları barədə maarifləndirici çıxış etdilər. Sonda mövzu ətrafında şagirdlərlə diskussiyalar aparıldı və maarifləndirici videoçarxlar nümayiş etdirildi.