Yeni təyin olunan müəllimlərlə görüş keçirildi
Yeni təyin olunan müəllimlərlə görüş keçirildi.Elm və Təhsil Naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrinin 3.15. bəndinə əsasən (yeni işə qəbul edilmiş təhsilverənlərin iş yerinə adaptasiyasının diqqətdə saxlanılması)yeni təyin olunan müəllimlərlə görüş keçirildi.Məqsəd yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.Görüşdə məktəbin direktoru Elza Bağırzadə çıxış edərək valideynlərlə əməkdaşlıq üsulları, şagirdlərlə işin təşkili, öyrədici mühitin yaradılması, uğurlu şagird-valideyn-məktəb münasibətlərinin qurulması istiqamətində geniş məlumat verdi.