Məktəb-valideyn əməkdaşlığı.

Məktəb-valideyn əməkdaşlığı.
Təhsillə bağlı müzakirələrdə məktəb-valideyn əməkdaşlığı önəmli yer tutur. Bu səbəbdən məktəbimizdə sağlam pedoqoji mühitin formalaşması məqsədilə məktəb rəhbərliyi tərəfindən 16 oktyabrda X sinif, 17 oktyabrda XI sinif, 18 oktyabrda isə IX sinif şagirdlərinin  valideynləri ilə  iclaslar təşkil edildi. 

 İclaslarda yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq tədrisin daha da uğurlu olması üçün təhsil və təlimlə bağlı valideynlərin qarşısında dayanan vəzifələr valideynlərin nəzərinə çatdırıldı.İclasın gündəliyində 2024-2025 dərs ilində qarşıda duran ümumi vəzifələr, il ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi , fənn olimpiadalarında iştiraklarının  təmin edilməsi, IX-XI siniflərin buraxılış imtahanlarına hazırlaşmaq məqsədi ilə aparılacaq işlər, uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması,məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi,şagirdlərin dərsə davamiyyət və punktuallığı, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması kimi mühüm məsələlər müzakirə olundu.Ötən tədris ilindən etibarən davam edən “Şagird davranış qaydaları”layihəsinin davam etdirilməsi və buna müvafiq olaraq layihənin icrası ilə bağlı bir sıra zəruri məqamlar da valideynlərin nəzərinə çatdırıldı. 
"Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə"  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il tarixli təlimatı məktuba əsasən "Şagird təhlükəzliliyi"mövzusunda söhbət aprıldı və şagirdlər üçün sağlam mənəvi-psixoloji mühit formalaşdırmaq, eyni zamanda fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan yaratmağın əsas məqsədlərdən biri olduğu bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi