"Bilik günü" tədbiri təşkil edildi.

Məktəbimizdə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq "Bilik günü" tədbiri təşkil edilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  vətən uğrunda canından keçən cəmi şəhidlərimizin əziz xatirəsi yad olunub.
Daha sonra məktəbimizin direktoru Elza xanım Bağırzadə çıxış edərək şagirdləri ilk dərs günü münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə məktəbin adını daşıdığı şəhid R.Hüseynovun atası Maarif Hüseynov və məktəbin şəhid məzunu Nicat Şükürlünün atası Ayaz Şükürlü çıxış edərək, məktəb kollektivini və birinciləri təbrik ediblər.Tələbə adını qazanmış Qarabağ universitetini seçən və yüksək bal toplayan məzunlarımız da öz növbəsində çıxış edərək, öz ürək sözlərini dilə gətiriblər.
Tədbir bədii hissə ilə davam etdirilib. Məktəbin şagirdlərinin ifasında şeirlər, mahnılar səsləndirilib. Birincilərin çıxışları tədbiri rəngarəng və yaddaqalan edib. Sonra yeni dərs ilinin ilk zəngi çalınıb. Birincilər müəllimləri ilə birlikdə məktəbə daxil olaraq öz siniflərində yerlərini tutublar.

Yeni tədris ilin başlanması münasibəti kollektivimizə işlərində uğurlar, xoş əhval-ruhiyyə  şagirdlərimizə isə dərslərində müvəffəqiyyətlər diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi