Pedaqoji Şuranın iclası keçirildi.

12.09.2024-cü il tarixində 2024-2025-cü tədris ili üzrə Pedaqoji Şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclası giriş sözü ilə açan məktəbin direktoru Elza xanım Bağırzadə kollektivi salamlayaraq, yeni tədris ilinin başlanması münasibətilə hamını təbrik etdi. Yeni gələn müəllimləri kollektivə təqdim edib, onlara uğurlar arzuladı.Daha sonra iclasın gündəliyinə daxil olan məsələlər elan edildi.2024-2025 ci tədris ili üçün Elm və Təhsil Nazirliyi  tərəfindən göndərilən müvafiq əmr və təlimatlarla Pedaqoji heyət tanış oldu. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il "Yaşll dünya naminə həmrəylik ili"elan edildiyindən ilk dərsin bu mövzuya həsr olunacağı bildirildi. Daha sonra şurada sinif komplektlərinin sayı, yay tədris tapşırığı alan şagirdlərin sinifdən-sinfə keçirilməsi vəziyyəti,məktəbin Fəaliyyət Planının , Pedaqoji Şuranın "İllik iş planı" nın təsdiq olunması, diaqnostik qiymətləndirməyə hazırlıq,keçən tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr, hədəflər müzakirə edildi.İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin, yeni tədris ilindən məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar tətbiq ediləcəyi, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi