Talassemiya xəstəliyi haqqında maarifləndirici dərs

Noyabrın 25-də məktəbin 4 “C” sinfində Talassemiya haqqında maarifləndirici dərs keçirildi. Dərsi ibtidai sinif müəllimi Yekaterina Puzanova təşkil etmişdir. Talassemiya haqqında şagirdlər slaydlar hazırlamış və nümayiş etmişlər. Sonra Yekaterina xanım şagirdlərə talassemiya xəstəliyi və onun yaranma tarixi, talassemiya probleminin müalicə üsulu, talassemiya problemini əhatə edən digər məqamlar haqqında ətraflı məlumat verdi.