Direktoryani müşavirə keçirildi

      Noyabrın 13-də məktəbin konfrans zalında metodbirləşmə rəhbərlərinin və fənn müəllimlərin iştirakı ilə direktoryanı müşavirə keçirildi. Müşavirənin əsas məqsədi təhsilin səviyyəsini yüksəltmək, uşaqların bilik və bacarıqlarını qiymətləndirmək, zəif oxuyan və istedadlı uşaqlarla hansı işlərin görülməsini müzakirə etmək və il ərzində yerinə yetirilmək tapşırılmışdır. İclasda fənn olimpiadalarında iştirak edəcək şagirdlərin müəyyənləşdirilməsi üçün olimpiadanın məktəb turunun keçirilməsi ilə bağlı müzakirə aparıldı və müəllimlərə müəyyən tapşırıqlar verildi. Davamiyyət, 5 noyabr məktəb seminarlarında müzakirə olunan məsələlər haqqında, 9-11-ci siniflərin davamiyyəti zəif oxuyan uşaqlarla aparılan işlərin planlaşdırılması o cümlədən, xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinin bütün müəllim heyəti tərəfindən tanış olması, riskli və çətin tərbiyə olan uşaqlar və onların valideynləri ilə görüləcək işlər haqqında, sinif jurnalların yazılması, nəzarəti, məktəbdə növbətçiliyin yerinə yetirilməsi haqqında məlumat verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi