"9 Noyabr – Dövlət Bayraq Günü" nə həsr olunmuş tədbir

        Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

        Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq  noyabrın 8-də məktəbin konfrans zalında Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilirdi. Şagirdlər böyük bayrağı gətirdilər və tədbir Azərbaycan Dövlət Respublikasının Himni ilə başlandı. Şagirdlər bayraq haqqında şeirlər söylədilər, mahnılar ifa etdilər.

        Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, müəllim kollektivini, şagird heyətini Bayrağ Günü münasibətilə ürəkdən təbrik etdi, belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rol oynadığını söylədi. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova, məktəbin tarix müəllimləri Fatimat Əliyeva və Səbinə Behbudova şagirdləri təbrik etmiş, minnətdərlığını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi