“Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir

     Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Bu konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Məhz bu səbəbdən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 2019-cu ilin 20 oktyabr – 20 noyabr tarixlərində ölkədə “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bununla əlaqədar olaraq, noyabrın 4-də məktəbimizin akt zalında Ədliyə Nazirliyin və Nəsimi rayon İcra Hakimiyyətin təşkilatçılığı ilə uşaq hüquqları aylığına həsr olunmuş tədbir keçirildi.       

   Tədbirdə Bakı şəhəri Nəsimi rayonu icra başçısının müavini Gülarə Verdiyeva, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Aynur Kərimova, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Məmməd Ramazanov, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Bioloji Ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Mətanət Əsgərova, , Ədliyyə Nazirliyi İnsan hüquqları əlaqələr idarəsinin rəisi Aynur Sabitova, məktəbin direktoru Sevinc Budaqova, məktəbin 8-10-cu sinif şagirdləri və müəllimləri iştirak etdilər.

   Tədbirdə “Kiberbullinqin anlayışı və informasiya təhlükəsizliyi”, “Həyata-hə, Narkotika-yox” yeni növ narkotiklərin təhlükəsi və “Yuvenal Ədliyyə” mövzuları haqqında şagirdlərə ətraflı məlumat verildi. Bu mövzularla bağlı maarifləndirici slaydlar nümayiş olundu. Şagirdlərin maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi