Məktəbəhazırlıq qruplarının ilk dərs günü

    Oktyabrın 1-də məktəbimizdə məktəbəqədər hazırlıq qruplarında ilk dərs günü qeyd edildi. Qeyd edək, ki həm Azərbaycan, həm rus bölməsində ümumilikdə 85 şagird təhsil alacaqdır. Həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəqədər hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və vərdişlərin formalaşdırılmasıdır.

    İlk dərs gününün həyacanını və sevincini 5 yaşlılar öz sevimli müəllimləri ilə yaşadılar. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova 5 yaşlılar və onların valideynləri ilə ilk dərs günündə görüşdü, xoş arzularını bildirdi.

   Qədəmləriniz mübarək, əziz balalar! Məktəbə ilk qədəmlərini qoyan fidanlara dərslərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi