Məktəbin ilk dərs günü

     Sentyabrın 16-da məktəbdə ənənəvi “Bilik günü” tədbirindən sonra ilk dərs saatları başlandı.Təhsil Nazirinin 30.08.2019-cu il tarixli F-531 nömrəli əmrinə əsasən 2019/2020-ci tədris ilinin başlanması münasibətiylə “Bilik günü”ndə ilk dərslər I- IV siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X–XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr edilmişdir. Yuxarıda qeyd olunan mövzular üzrə 1-ci saat dərs deyən müəllimlər tərəfindən videoçarxlar və əyani vəsaitlər hazırlanmışdır. Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə sağlam həyat yaşamaq üçün idmanla məşğul olmağın faydaları barədə ətraflı məlumat veriblər. V-IX siniflərdə şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığından söhbət açılıb. Yuxarı siniflərdə isə Azərbaycanın keçdiyi inkişaf yollarından bəhs edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi