Eksternat imtahanları keçiriləcəkdir

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcəkdir.Qeydiyyat 01 aprel 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcəkdir.Qeydiyyat üçün tələb olunan sənədlər:1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti;2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;3. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;4. Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);5. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər üçün hərbi bilet və notarial qaydada təsdiq edilmiş surəti və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənəd və notarial qaydada təsdiq edilmiş surəti;6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaqdır.Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.Eksternat imtahanlarında uğur qazanan şəxslər şəhadətnamə və attestat almaq üçün müvafiq olaraq ümumi orta təhsil və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.Eksternlər üçün ümumi orta və tam orta təhsil proqramını əhatə edən imtahan fənləriEksternlər ümumi orta təhsil proqramını əhatə edən aşağıdakı fənlərdən imtahan verəcəklər:1. Ana dili2. Fizika3. Kimya4. Riyaziyyat5. Coğrafiya 6. Azərbaycan tarixi7. Biologiya8. İqdisadiyyatın əsasları9. Ümumi tarix10. Xarici dil11. İnsan və cəmiyyət12. Ədəbiyyat13. KonstitusiyaQeyd: Rus bölməsi 1 fənn artıq- Azərbaycan dilindən imtahan verəcəklər.Eksternlər tam orta təhsil təhsil proqramını əhatə edən aşağıdakı fənlərdən imtahan verəcəklər:1. Ana dili2. Xarixi dil3. İnsan və cəmiyyət4. Ədəbiyyat5. Ümumi tarix6. Azərbaycan tarixi7. İqdisadiyyatın əsasları8. Kimya9. Fizika10. Riyaziyyat11. Biologiya12. Coğrafiya13. AstronomiyaQeyd: Rus bölməsi 1 fənn artıq- Azərbaycan dilindən imtahan verəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi