11-ci sinif şagirdlərinə attestatlar verildi

     İyulun 3-də məktəbin konfrans zalında XI sinfi birtirən məzunlara yeni attestatlar verildi. Attestatların təqdim edilməsi tədbirində məktəb rəhbərliyi, sinif rəhbərləri, valideynlər və şagirdlər də iştirak etdilər.

     Məktəbin direktoru Sevinc Budaqova çıxış edərək məzunları tam orta təhsili bitirməkləri münasibəti ilə bir daha təbrik etdi, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı. Sonra isə məzunlara təntənəli surətdə attestatlar təqdim edildi.

     Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olundu. Məlumat üçün qeyd edək ki, məzunlara bu tədris ili yekununda təqdim edilmiş attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik qiymətləri yazılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi