Binə Atcılıq Mərkəzinə ekskursiya

      Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların istirahətinin təşkil edilməsi daim müəllimlər tərəfindən diqqət mərkəzində saxlanılır.

      İyunun 22 - də yay tətilinin başlaması və 2018-2019-cu tədris ilinin yekunlaşması ilə əlaqədar olaraq məktəbin biologiya müəllimi və eyni zamanda sinif rəhbəri olan Leyla Əsədullayevanın təşkilatçılığı ilə 5 “Ç” sinif şagirdləri və onların valideynlərinin Binə Atcılıq Mərkəzinə ekskursiyası baş tutdu. Mərkəzdə şagirdlər müxtəlif növ atlarla tanış oldular. Şagirdlər atlar haqqında daha maraqlı və  ətraflı məlumatlara malik oldular. Yarışlarda istifadə olunan, xaricdən gətirilmiş və yerli at cinsləri onların böyük marağına səbəb oldu. Tanışlıqldan sonra meydançada atlarla gəzinti şagirdlərin xüsusi sevincinə səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi