Metodbirləşmə rəhbərləri ilə iclas keçirildi

     İyunun 21-də məktəbdə fənn metodbirləşmə rəhbərlərinin iclası keçirildi. İclasda dərs ilinin yekunları və Böyük Summativ Qiymətləndirmənin  nəticələri müzakirə olundu. Müəllimlərə təlim zamanı standartlarla işləyərkən təlimin üsul və vasitələrini dəqiq seçmələri üçün yardımçı olacaq nəzəriyyələri yay dövründə nəzərdən keçirmələri tövsiyə olundu. Vərdiş və bacarıqların rolunun keyfiyyətin yüksəlməsində n böyük olması vurğulanıb. 

Növbəti dərs ili üçün metodbirləşmə rəhbərləri arasında iş bölgüsü aparıldı. Metodbirləşmə üzvlərinə tədris vahidlərinin dəqiqliklə işlənərək hazırlanması bir daha tapşırıldı. Yeni dərs ili başlayan kimi bacarığın və biliyin növlərilə bağlı məruzə edəcəkləri müəllimlərin diqqətinə çatdırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi