Pedaqoji şura

     İyunun 19-da məktəbin akt zalında pedaqoji şura keçirildi. Pedaqoji şurada gündəlik məsələ 2018-2019-cu dərs ilinin yekunları, növbəti dərs ilində qarşıda duran vəzifələr, yay-tədris tapşırıqlarına saxlanan şagirdlərlə işin təşkili, fərqlənmə attestatlarına namizəd olan şagirdlər haqqında qərarın müzakirəsi, sinif jurnallarının işlənmə vəziyyəti, bal və qiymətlərin uyğunluğu və.s. məsələlər haqqında ətraflı çıxışlar oldu.

     Pedaqoji şuranın sonunda məktəbin direktoru kollektiv qarşısında duran vəzifələrdən şagird-müəllim-valideyn münasibətlərinin tənzimlənməsində və məktəbdə sağlam psixoloji durumun möhkəmləndirilməsində sinif rəhbərlərinin funksiyalarından, müəllimlərin şagirdlərə yanaşma tərzindən və bir çox məsələlərdən danışdı.

      Pedaqoji şuranın sonunda, tədris ili ərzində fərqlənən müəllimlər müdiriyyət tərəfindən rəğbətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi