Məktəbdə son zəng qeyd olundu

     Hər bir insanın həyatında bir ömür boyu unuda bilməyəcəyi, hər zaman sevinc göz yaşları ilə xatırlayacağı anlar olur. Bax belə anlardan biri də məktəb illəri zamanı yaşadığımız xoş xatirələr, heç zaman unutmadığımız məzun olduğumuz “Son Zəng” günüdür. “Son Zəng” hər kəsin yaddaşında müxtəlif izlər buraxıb. Bu gün-iyunun 14-də məktəbdə "Son Zəng" tədbiri keçirildi. 60 şagird məzun oldu. 
     Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. 
     Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə dəstək mərkəzinin müdiri Züleyxa Ələkbərova, məktəbin rəhbərliyi, müəllim kollektivi valideynlər iştirak edib öz çıxışları ilə məzunları təbrik etdilər. 
Şagirdlərin ifasında müxtəlif rəqslər, şeirlər səsləndi. Səhnəyə 11“A”, 11“B”,11“C”,11“Ç” siniflərinin məzunları çıxıb, oxuyub, oynayıb, şeirlər və maraqlı səhnəciklər nümayiş etdirdilər. Xoş sözlər deyildi və nəhayət son zəng çalındı. 
     Sonra söz məktəbin direktoru Sevinc Budaqovaya verildi. Məzunları və valideynləri övladlarının məktəbi bitirmələri münasibətilə təbrik etdi. Məktəbin nailiyyətlərindən ətraflı danışdı və 11-cilərin ali məktəblərə yüksək balla qəbul olmalarını arzuladı.
     Əziz məzunlarımız! Vətənə, millətə xeyirli övladlar olmanız arzusu ilə yolunuz açıq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi