«Puşkiniana-2019» layihəsinin qalibləri mükafatlandırılıb

    Bakı Dövlət Universitetində «A.S.Puşkin muzeyləri dünya xəritəsində» devizi altında keçirilən «Puşkiniana-2019» layihəsinin nəticələrinə aid tədbir keçirilib.

Layihə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, “Rossotrudnichestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Rus İcması və Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib.

    Azərbaycanlı şagird və tələbələr mart-may aylarında Aleksandr Puşkinin yaradıcılığına aid şeir müsabiqələrində, esselərin yazılmasında, mini-tamaşaların göstərilməsində, yaradıcı təqdimatlarında, musiqi əsərlərin ifasında iştirak ediblər.

«Puşkiniana-2019»-nın qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

Məktəbin 7 “C” sinif şagirdi Amella Babayeva bu layifədə qalib olduğuna görə Diplomla təltif olunub. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi