Nağıllar aləminə səyahət

     İyunun 11-də məktəbin 1 "C" sinfinin sinif rəhbəri Natalya Mambetova  şagirdər ilə birgə "Nağıllar aləminə səyahət" adlı bayram tədbiri təşkil etdi. Bu bayramın keçirilməsi məktəbdə mühüm bir hadisədir. Biz birincilərin birinci dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi olduq. Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Valideynlərə övladlarının böyük auditoriya qarşısında çıxışına tamaşa etmək çox xoş idi. Bayram çox təntənəli və maraqlı keçdi. Şagirdlərin ifasında “Buratino”,“Qırmızı papaq”, “Alisa möcüzələr diyarında” nağıllardan səhnəciklər nümayiş etdirdilər.

     Sonda məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova və sinif rəhbərləri Natalya Mambetova  çıxış etdilər. Onlar şagirdlərə gözəl çıxışlarına görə minnətdarlıq bildirdilər və müvəffəqiyyətlər arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi