Yəhudi xalqının qələbə günü

     Mayın 31-də məktəbin konfrans zalında yəhudi xalqının  “Faşizm işğalından xilas və azad edilməsi” münasibətilə əlaqədar yəhudi xalqının qələbəsinin 74 illiyi qeyd edildi. Tədbirə müharibədə iştirak etmiş yəhudi xalqının ailələrinin nümayəndələri, veteranlar, İsrail dövlətinin Azərbaycandakı səfiri Dan Stav və yəhudi icmaların nümayəndələri iştirak edirdilər. Səfir öz çıxışında Azərbaycan və yəhudi xalqlarının dostluğundan, multikulturalizm  ən ənələrindən, iki qardaş xalq arasında xoş münasibətlərindən, məktəbdə yəhudi mənşəli uşaqlara göstərilən qayğıdan, məktəb mudiriyyətinin yəhudi uşaqlarının bilik səviyyələrini inkişaf etdirilməsindən, ibri dilinin tədrisinə verilən önəmdən danışdı.

      Məktəbin direktoru Sevinc Budaqova öz çıxışı ilə tədbirdə iştirak edən İsrail dövlətinin Azərbaycandakı səfiri Dan Stavanı və yəhudi icmasının nümayəndələrinə və veteranlara yəhudi xalqının Qələbə gününün münasibəti ilə təbrik etdi və bu qardaşlıq əlaqələrini daha da möhkəmlənəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi