Valideynin məktəbdə bir günü

     Mayın 30-da məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsinin ikinci mərhələsi həyata keçirildi.

    Bununla əlaqədar olaraq məktəbin konfrans zalında 8-ci sinif şagirdlərin valideynləriilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor  müavini İlyas Məmmədov, təşkilatçı müavin Validə Sarıyeva, fənn müəllimləri və sinif rəhbərləri iştirak etdilər. Görüşdə il ərzində 8-ci siniflərlə Ana dili, riyaziyyat, ingilis dili və fizika fənlərindən  keçirilmiş yoxlama işlərinin müqayisəli təhlili aparıldı. Ekranda 2015-2016-cı dərs ilindən hazırkı tədris ilinə qədər (yəni 5,6,7 və 8-ci siniflər) şagirdlərin bilik səviyyələrinin izlənilməsi qrafik şəklində valideynlərə göstərildi. Görüşdə məqsəd ondan ibarətidi ki valideynlər öz övladlarının bilik səviyyələri ilə tanış olsunlar və fənn müəllimləri, tədris vəziyyəti haqqında öz fikirlərini bildirsinlər.

    Sonda valideynlərin sualları cavablandırıldı və növbəti tədris ilində valideynlərin təkliflərinin nəzərə alınması qərarlaşdırıdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi