"Jurnalistika sahəsinin əsasları"

Bu gün məktəbin konfrans zalında "Jurnalistika sahəsinin əsasları və düzgün yazı qaydaları haqqında dəyirmi masa keçirildi." Tədbirdə iştirak edən Sevinc xanım Budaqova hazırki vəziyyətdə jurnalistlərin iş fəaliyyəti,bacarıqları,savadlılığı eləcə də yaradıcı və çevik olması haqda məsələlərə toxundu. Konfransı idarə etmək üçün, Bilik fondunun sektor müdiri cənab Ceyhun Musaoğlu dəvət olunmuşdu. Jurnalistika sahəsinə marağın böyük olduğunu vurğulayan Ceyhun bəy əlavə etdi ki: " Bu təlim proqramı cənab Prezdentin sərəcamı əsasında təsdiq olunub. Bilik fondunun hazırki sədri( yaradıcılarından biri) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla müəllimdir. Məlumat üçün bildirim ki, Bilik fondu 7 may 2014 cü ildə təsis edilib.istənilən şəxs bu fonda müraciət edə bilər"Daha sonra "Xoşbəxt olmağın sirrləri" mövzusunda şifahi inşa planı hazırlandı. Tədbir nəinki jurnalist olanlanra,hətta, bütün qruplara hazırlaşan abituriyentlər və şagirdlər üçün lazımlıdır. Hər bir şəxs düzgün yazmağı öyrənməli öz fikirlərini rahat şəkildə ifadə etməyi bacarmalıdır. Bilirdinizmi?: Direktorumuz Sevinc xanım Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitab,məqalənin yazarıdır. Bununla paralel olaraq tarixçidir. Bilik fondunun Bakı şəhər məktəbləri üzrə şuransının sədridir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi