Hərbi-İdman yarışları keçirildi

    Nazirlər Kabinetinin  29 may 1998-ci il qərarı ilə təsdiq edilmiş “İbtidai Hərbi Hazırlıq” əsasnaməsinin tələblərinə uyğun olaraq tədris ilinin başa çatması ilə əlaqədar olaraq məktəbdə mayın 27-də Hərbi-İdman yarışları təşkil edildi.

    Yarış Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olundu. Bu yarışlarda məktəbin 10-cu sinif şagirdləri “Hərbi-İdman növünün avtomat silahların yığıb-sökülməsi, avtomat darağlarının doldurub-boşalması, yürüşlərlə hərbi mahnıların oxunması və s. normativləri  yerinə yetirməklə yarışdılar. Sonra estafet, kəndirlə dartılma, turnikdə çəkilmə, jim etmə və s. idman yarışlarda özlərini sınadılar. Münsiflər heyəti qaliblərin I, II, III yerlər üzrə yerlərini müəyyənləşdirdilər. I yer-10 “C”, II yer-10 “A”, III yer-10 “B” sinif şagirdləri yerlər üzrə qalib oldular.

    Sonra aşağı sinif şagirdləri idman yarışlarına qatıldılar. Mahnı oxudular və idmanın müxtəlif növləri üzrə öz bacarıqlarını nümayiş etdilər. Yarışın sonunda məktəbin direktoru Sevinc Budaqova şagirdləri təbrik etdi və gələcək yarışlarda onlara müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi