Direktoryanı müşavirə

    Mayın 24-də məktəbin konfrans zalında direktoryanı müşavirə keçirildi. Müşavirədə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işlər üzrə direktor müavinləri İlyas Məmmədov, Lalə Ələkbərova, təşkilatçı müavin Validə Sarıyeva, təsərrüfat işləri üzrə direktor müavini Tamilla Mirhəsənzadə və sinif rəhbərləri iştirak etdilər.

    Sevinc xanım çıxış edərək Azərbaycan Respublikası Təhsil nazirinin 13 may 2019-cu il tarixliF-260 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və məktəbin qarşısında duran prioritet istiqamətlərdən danışıb. Məktəbdə əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, məktəbdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verdi. Həmçinin, pedaqoji əməkdaşlığın gücləndirilməsi, məktəbin ictimai nüfuzunun artırılması, şagirdlərin milli ruhda tərbiyə edilməsi və digər müvafiq məsələlərə də toxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi