Azərbaycan Xalça muzeyinə ekskursiya təşkil olunub

     Mayın 24-də məktəbin 4 “B” sinif şagirdləri və sinif rəhbəri Sevinc Babayevanın rəhbərliyi altında Azərbayacan Xalça muzeyinə ekskursiya etdilər. Muzeydə şagirdlər əvvəl kitabxanada xalçaçılığın növləri haqqında məlumatlandılar. Sonra xalçakarla, xalça toxumaq üçün hava, cəhrə, daraq ilə tanış oldular. Muzeydəki Qarabağ, Quba-Şirvan, Təbriz və Gəncə-Qazax xalçaları öz kompozisiyası və ornament quruluşlarına, rəng çalarlarına görə diqqəti cəlb edirdi. Azərbaycan xalqının el sənətkarlarının yaratdığı xalçaçılıq sənəti inciləri şagirdlərin böyük marağına səbəb oldu. Muzeydə əsasən on doqquz-iyirminci əsrlərə aid xalçalar çoxluq təşkil edir.

    Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Muzey təxminən yarım əsrdir ki, Azərbaycanın xalça sənətini dünyada tanıdır. Şagirdlər Azərbaycanın milli  mədəniyyəti ilə, xalçaçılıq sənəti ilə yaxından tanış olublar. Şagirdlər muzeydən çox məmnun qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi