Novruz gəlir, yaz gəlir

“Novruz” sözünün mənası “Yeni gün” deməkdir. “Yeni gün”ün gəlişini bir sıra türk xalqları adət-ənənələrə sadiq qalaraq qeyd edirlər. Bizim məktəbin şagird kollektivi də bu “Yeni gün”ü xüsusi hazırlıqlarla qarşıladılar. Müəllim kollektivimiz bütün siniflərdən olan şagirdlərin iştirakı ilə adətləri özündə birləşdirən tədbir təşkil etmək qərarına gəldi. Bütün məktəb qədimi və milli atributlarımızla bəzədildi- səmənilər qoyuldu, xonçalar hazırlandı. Bayramı bizimlə birlikdə qeyd etmək üçün məktəbimizə müxtəlif qurumlardan nümayəndələr dəvət olundu. İlk qonağımız Nəsimi Rayon İcra Başçısı Asif Əsgərov oldu. Daha sonra Nəsimi Rayon İcra Başçısının Humanitar işlər üzrə müvini Gülarə Verdiyeva, Tibb Univerisitetinin prorektoru, professor Sabir Əliyev, Dairə Seçki komissiyasının sədri Ağabala Quliyev, Təhsil Nazirliyinin Təhsil sektorunun İnkişaf Layihəsinin İctimaiyyətlə Əlaqələr Sahəsinə İnstusiyanal İnkişaf üzrə kordinator Elçin Sərdarov, İpək Yolu Gənclər Birliyinin Baş katibi Aytən Əliyeva, UNİCEF-in məsləhətçisi Nik Nvolisa, Bakı şəhər Təhsil İdarəsinin metodistləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Şəlalə Naxşani, Azərbaycan Televiziyasının əməkdaşları, Azərtac informasiya agentliyinin nümayəndələri təşrif buyurdular. Qonaqları Bahar qızı və tədbirin təşkilatçı müəllimlərindən olan Azərbaycan-dili müəllimi Ağayeva İradə qarşıladı. Milli geyimdə olan şagirdlərimiz qonaqları ikinci mərtəbəyə yola saldılar. Burada qonaqları yazın gəlişini əks etdirən rəsm sərgimiz və həmin sərginin ərsəyə gəlməsində cox yaxından iştirak edən gənc rəssam- şagirdlərimiz qarşıladılar. Sərgi ilə tanışlıq skripkada ifa edən üç istedadlı şagirdimizin müşaiyəti ilə davam etdi. Üçüncü mərtəbəyə keçən qonaqları digər sahədə istedadlı olan şagirdlərimiz qarşıladılar. Məktəbin xor kollektivi, saz və tarda ifa edən şagirdlər qonaqların zövqünü oxşayan mahnılar səsləndirdi. Digər tərəfdə məktəbimizin və Azərbaycanımızın adını Beynəlxalq idman yarışlarında yüksəldən iki güləşçimiz öz məharətlərini nümayiş etdirir, məktəbimizin məharətli qızları milli mətbəximizin və Novruzun atributları olan şəkərbura və paxlavanın hazırlanması ilə məşğul olur, bir digər tərəfdə isə simvolik tonqaldan atlanan şagirdlər qonaqların diqqətini cəlb edirdi. Daha sonra qonaqlar dördüncü mərtəbəyə-akt zalına yollandılar. Burada onları 3A sinif şagirdlərinin və sinif rəhbərləri Aytəkin Xudafirimovanın hazırladığı tədbir gözləyirdi. Bu tədbir milli adət-ənənələrimizi özündə əks etdirmiş, keçmiş və bu günü vəhdətdə səsləndirmişdi. Tədbir ilk öncə milli rəqsimizlə başladı, sonra sazda ifa edən iki şagirdimizin ifası ilə davam etdi. Milli nemətimiz sayılan çayın verdiyi zövqü kiçik bir səhnəciklə şagirdlər qonaqlara nümayiş etdirdilər. Tədbirin gedişatında şagirdlər qiyabi də olsa gələcəyə yollanmış, gələcəkdə bu bayramı daha müasir şəkildə tamaşaçılara nümayiş etdirmişlər. Tədbirin ən təsiredici səhnəsi Bahar qızının ağlaya-ağlaya gözəl, qədim, qəlbimizin bir parçası olan Şuşamızı və Qarabağımızın xatırlanması oldu. Bu an müdrik Dədə Qorqudumuzun səhənyə gəlişi və Qarabağımızın tarxini yada salması riqqətləndirici hisslər aşıladı. Tamaşadakı Novruz obrazı Bahar qızına ümid verərək söylədi: Əziz Bahar qızı, ağlama, biz əminik ki, hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi və əzmkarlığı ilə doğma Qarabağımız tezliklə geri qaytarılacaq və gələn il bu byranı hamılqla Qarabağda keçirəcəyik. Tədbir “Fatma” nağılının səhnələşdirilməsi ilə sona çatdı. Sonda məktəbin direktoru Sevinc Budaqova səhnəyə çıxaraq qonaqlara xoş gəlmisiniz dedi, tədbirdə iştirak edən şagirdlərə, valideynlərə, müəllimlərə dərin minnətdarlığını bildirdi. Daha sonra sözü Nəsimi Rayon İcra Başçısı Asif Əsgərova verdi. Asif müəllim də öz növbəsində tədbir iştrakçılarını salamladı, Novruz bayramının qeyd olunmağa başladığı tarixdən danışdı və bu adət-ənənələri öz övladlarına öyrədən valideynlərə və müəllimlərə təşəkkürünü bildirdi. Bir neçə yarışlarda rəsm müsabiqəsində yer tutmuş 11-ci sinif şagirdimiz Baxşəliyeva Sevinc bayram münasibəti ilə çəkdiyi rəsmi İcra Başçısına hədiyyə olaraq verdi. Sonda xatirə şəkilləri çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi