Yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir

     Mayın 17-də məktəbin 7 “A” sinif şagirdləri və sinif rəhbəri Pərvin Abbasovanı təşkilatçılığı ilə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib. 

     Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək, onları yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi idi. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, eləcə də valideynlər iştirak edirdi. 
    Şagirdlər yol hərəkəti qaydalarıyla bağlı müxtəlif şeirlər, mahnılar səsləndirmiş, səhnəciklər göstərmişlər, daha sonra yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif sosial video-çarxlar nümayiş etdirilmiş. Sonra yol hərəkəti qaydalarına dair müxtəlif suallar verildi. Şagirdlər həvəslə sualları cavablandırdılar.
    Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, yol hərəkəti qaydalarının təbliğinin cəmiyyətin ən vacib məsələlərindən biri olduğunu nəzərə çatdırmışdır. O, yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi