“Puşkiniana-2019” müsabiqəsi keçirildi

    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 220-ci ildönümünün ölkəmizdə bayram edilməsi çərçivəsində illik “Puşkiniana”nın son mərhələsi keçirildi.

    Tədbirin təşkilatçıları Təhsil Nazirliyi, Rusiya Federasiyasının səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı nümayəndəliyi, Rus icması və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasıdır. Bu il “Puşkiniana” layihəsi “A.S.Puşkinin muzeyləri dünya xəritəsində” devizi altında keçirilib.

    Bununla əlaqədar olaraq mayın 14-də məktəbimizin 4,7,8,9 sinif şagirdləri məktəbin rus dili və ədəbiyyat müəllimləri Ədilə Xametova və Mehriban Zeynalova iştirak etdilər. Şagirdlərimiz A.S.Puşkinin “Qaraçılar” poemasından və “Ölü şahzadə və yeddi pəhləvan haqqında nağıl”ından parçalar məharətlə nümayış etdirdilər. Şagirdlərimizin çıxışlarından ibarət olan kiçik tamaşalar munsiflər heyəti və layihə iştrikçıları tərəfindən rəğbətlə qarşılandı.

   Layihəyə iyun ayında – Aleksandr Puşkinin ad günü ərəfəsində yekun vurulacaq.        

   Şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi