“Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğuna ekskursiya

     Mayın 11-də məktəbimizin 2 “D”, 3 “C” sinif şagirdləri, valideynlər və  sinif rəhbərləri Yekaterina Puzanova Rəna İbrahimova ilə birlikdə Qobuda yerləşən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya ediblər.

    Şagirdlər Qala abidə kompleksində qazıntılar nəticəsində m.ö. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar, tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndirlə tanış olublar. Onlar haqqında geniş məlumat əldə ediblər. Həmçinin şagirdlər yaxından xalçatoxuma və misgərlik kimi gədim milli adət-ənənələrimizlə tanış oldular. Xəttə özlərinidə sinadılar.

     Bu ekskursiya da məqsəd şagirdlərə bir daha qədim Azərbaycan tarixi, onun dövrləri, əhalinin yaşayış tərzi, adət-ənənələri haqqında məlumat verməkdir.

     Şagirdlər və valideynlər bu ekskursiyadan çox razı qaldılar. Ekskursiyanın sonunda xatirə şəkilləri çəkildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi