Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi qeyd olunub

Bu gün Ulu Öndər, dahi insan və böyük düha Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunur. Bununla əlaqədar məktəbimizin müəllim, valideyn və şagird kollektivi onun xatirəsini yad etmək üçün Heydər Əliyevin adını daşıyan parkda heykəlin önündə toplaşmışdılar. Tədbir iştirakçılarının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Məktəbin direktoru Sevinc Budaqova giriş sözü ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatı və keçdiyi rəşadətli ömür yolundan danışdı. İti zəkaya, mətin iradəyə malik olan Ümummilli lider Heydər Əliyev qurucusu olduğu Azərbaycanla qürur duyduğunu söyləyərək, onun gördüyü işlər haqqında məlumat verdi. Heydər Əliyev dövrü iqtisadiyyatın, mədəniyyətin, eyni zamanda, dövlət quruculuğunun qızıl dövrü idi. Onun parlaq xatirəsi insanların ürəyində daim qalacaq.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov çıxış edərək söylədi ki, Ümummilli lider Heydər Əliyev bütün ömrünü bir məşəl kimi öz xalqının işıqlanmasına həsr etdi. Heydər Əliyev Azərbaycan salnaməsində böyük insan, qüdrətli, ziyalı bir şəxsiyyət kimi qaldı. Biz də bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçıları kimi Möhtərəm Prezidentimiz Ilham Əliyevin siyasətini dəstəkləyib, Azərbaycanımızın inkişafı və çiçəklənməsi uğrunda daha böyük işlər görməliyik.
Sonda məktəbimizin 2,4,7-ci sinif şagirdlərin ifasında Ümummilli liderə həsr olunmuş şeirlər və mahnılar səsləndi və abidənin önünə tər çiçəklər qoydular.