9 May-Boyük Vətən Müharibəsi

     Mayın 8-də məktəbimizin ibri dili sinif şagirdləri,sinif rəhbərləri və təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərovanın rəhbərliyi altında Böyük Vətən Müharibəsi və 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə Nəsimi rayonu ərazisində yerləşən 1941-1945 Böyük Vətən Müharibəsinin Qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər.

     Şagirdlər 9 May Qələbə gününə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular. Böyük Vətən Müharibəsində həlak olmuş soydaşlarımızın  ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər abidənin qarşısına tər qərənfil qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi