Şuşasız 27 il

     Bu gün mayın 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 27 il ötür. Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri, təbii gözəllikləri ilə seçilən, milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi olan Şuşa şəhərinin işğalının ildönümü ilə əlaqədar məktəbdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix və Coğrafiya” fakültəsinin tələbələri təcrübəçi-müəllimlər Əlizadə Zərziba və Ağalarov Mircavadın təşəbbüsu ilə tədbir keçirildi

     Tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb, bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi. Şuşa şəhərinin tarixi, işğalı haqqında videoçarx dinlənildi. Təcrübəçi-müəllimlər Şuşanın yaranması, tarixi, inkişaf dövrləri haqqında ətraflı məlumat verdilər. Sonra məktəbin tarix müəllimi Yeganə Ağayeva Şuşanın tarixi abidələri, insanların yaşayış tərzi və Şuşanın şəhər kimi formalaşmasından danışdı.

     Sonda məktəbin direktoru Sevinc Budaqova öz çıxışında bildirdi ki, bu gün Qarabağın gözəl guşəsi Şuşanın adı çəkiləndə Üzeyir Hacıbəyov, Xan Şuşinski, Xurşidbanu Natəvan və Bülbül yada düşür. Azərbaycanın göz bəbəyi, iftixarı olan Şuşa azərbaycanlılar üçün alınmaz qala idi. Biz əminik ki, gözəl Şuşamız işğaldan tezliklə azad olunacaq və üçrəngli bayrağımız Şuşada dalğalanacaq! Hamımız Şuşanın azad olunması gününü Qələbə günü kimi qeyd edəcəyik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi