İməcilik keçirilib
Mayın 3-də məktəbdə təmizlik işlərinin aparılması, şagirdlərdə əməyə məhəbbət hissini aşılamaq, onları zəhmətə alışdırmaq məqsədilə iməcilik keçirilib. İməcilikdə I sinifdən X sinfə qədər şagirdlər, valideynlər və sinif rəhbərləri iştirak ediblər. Uşaqlar müəllimlərinin köməyi ilə sinif otaqlarını təmizləyiblər. Bütün şagirdlər iməcilikdə həvəslə iştirak ediblər və fəallıq nümayiş etdiriblər.