İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Üfüqlərdə doğan günəş” adlı tədbir keçirildi

      Aprelin 29-da məktəbimizin akt zalında dahi şair, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Üfüqlərdə doğan günəş” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Ümumi təhsil sektorunun baş məsləhətçisi Rəhman Baxşəliyev, Təlimə dəstək mərkəzinin nümayəndəsi Yeganə Abdullayeva, Binəqədi rayonu 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova, məktəbimizin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işlər üzrə direktor müavinləri İlyas Məmmədov, Lalə Ələkbərova, təşkilatçı müavin Validə Sarıyeva, fənn müəllimləri və valideynlərdə iştirak etdilər.

      4 “A” sinif şagirdləri və sinif rəhbərləri Bahar Babayeva, musiqi müəllimi Kəmalə Qədimova tərəfindən hazırlanmış bu tədbirdə ölməz şairin həyat və yaradıcılığından danışmış, onun qəzəlləri, şeirləri səsləndirilmişdir. Şagirdlər şairin qəzəllərinə yazılmış musiqi parçalarını ifa etmişlər. Eyni zamanda “Nəsimi” filmindən ayrı-ayrı səhnələr göstərilmiş, Nəimi, Nəsimi obrazları ilə yanaşı İbrahim şah, Teymurləng, Miranşah kimi obrazlar canlandırılmışdır.

    Məktəblərin dostluq əlaqəsinin davamı olaraq Binəqədi rayonu 283 nömrəli tam orta məktəbin şagirdləri İmadəddin Nəsiminin qəzəllərini söyləmişlər.     

     Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova danışdı və qonaqlara söz verdi. Qonaqlar öz çıxışlarında tədbirin yüksək səviyyədə təşkili və keçirilməsindən danışdılar, şagirdləri təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi