“GİLAN HOLDİNG” MMC №1 çörək zavoduna ekskursiyası

Aprelin 27-də məktəbimizin ibtidai sinif müəllimi Rəna İbrahimovanın təşəbbüsü və təşkilatçlığı ilə rəhbərlik etdiyi 2 "D" sinf şagirdlərinin “GİLAN HOLDİNG” MMC №1 çörək zavoduna ekskursiyası təşkil olunub.
Şagirdlər zavodun əməkdaşlarının əl əməyi, məhsulu hazırlayan aparatların idarə olunması sistemi, çörəyin bişirilmə texnologiyası ilə əyani olaraq tanış olub, hazırlanan çörək və çörək-bulka məmulatlarının nümunələrinə baxıblar.
Hazırlanma texnologiyası ilə yaxından tanışlıq şagirdlərdə həm əməyə qiymət həm də müqəddəs nemət olan çörəyə dəyər vermək hissini bir qədər də artırdı.
Çörəyin hazırlanması prosesi şagirdlər tərəfindən maraqla izlənilib.