“Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim”

“Oxu günü” aylığı çərçivəsində aprelin 24-də məktəb üzrə “Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim” mövzusunda rəsm, mahnı, şeir və təqdimat nominasiyaları üzrə final müsabiqə mərhələsi keçirildi. Final müsabiqədə 100-ə yaxın şagird iştirak edirdi. Müsabiqənin münsiflər heyəti müğənni-bəstəkar (həmdə məktəbin valideyni) Cavid Hüseyn, məktəbin tarix müəllimi Əliyeva Fatimat, Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva, Rus dili və ədəbiyyat müəllimi Ədilə Xametova, rəsm müəllimi Hənifə Hüseynov və məktəb valideyn komitəsinin sədri Fəridə Abbasovadan ibarət idi. Eyni zamanda müsabiqədə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov, valideyn, müəllimlər və şagirdlər iştirak edirdilər.
Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra nominasiyalar üzrə müsabiqədə final mərhələsinə çıxan şagirdlərin ifaları dinlənildi. Müsabiqədə hər nominasiya üzrə I, II, III yerin qaliblərinə “Diplom” iştirakçılara isə müdiriyyət tərəfindən “Təşəkkürnamə” verildi.
Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov, valideynlər və münsiflər heyəti çıxış etdilər, qalibləri təbrik etdilər və şagirdlərə müvəffəqiyyətlər arzuladılar.