Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirildi Dram əsəri “Çay dəstgahı”

      “Oxu həftəsi ilə bağlı” keçirilən silsilə tədbirlərimiz davam etdirilir. “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

      Bununlada əlaqədar olaraq aprelin 23-də məktəbimizin konfrans zalında ibtidai sinif müəllimi Afət Əliyevanın rəhbərliyi altında 3 “B” sinif şagirdlərin iştirakı ilə dramaturq yazıçı Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuş  tədbir keçirildi.

       Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük demokrat ədib, vətəndaş, milli yazıçı, kiçik hekayənin böyük ustadı kimi daxil olmuşdur. İlk dram əsəri olan, şeirlə yazılmış “Çay dəstgahı” ədəbiyyatımızda birinci alleqorik və mənzum dram əsəridir. Dərin ictimai məzmuna malik suallara cavabın axtarıldığı bu əsər milli uşaq dramaturgiyasının ilk nümunəsi kimi də mühum əhəmiyyət kəsb edir.

Bu gündə şagirdlərimiz həmin əsəri səhnələşdirib qonaqlara təqdim etdilər. Şagirdlərin məharətli ifası alqışlarla qarşılandı. Bu tədbirdə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri İlyas Məmmədov, Lalə Ələkbərova, fənn müəllimləri, valideynlər və məktəbdə təcrübə keçən tələbələr və müəllimlərdə iştirak etdilər.

     Sonda məktəbin direktoru Sevinc Budaqovaya və təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədova söz verildi. Sevinc Budaqova çıxış edərək 3 “B” sinif şagirdlərinə və onların müəllimi Afət Əliyevaya  hazırladıqları möhtəşəm tədbirə və çıxışlara görə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi