“Mən fransız dilində danışıram” müsabiqəsi

 

   Aprelin 20-də Park Inn otelində Fransanın ölkəmizdəki səfirliyinin iştirakı, “Total E&P Azerbaijan” şirkətinin dəstəyi, “Institut Français d’Azerbaidjan”ın tərəfdaşlığı, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin ənənəvi “Mən fransız dilində danışıram” müsabiqəsi keçirilib.

    Artıq on altıncı dəfə keçirilən müsabiqədə məktəbimizin şagirdləri, fransız dili müəllimi Quliyeva Zabitənin rəhbərliyi altında iştirak ediblər. Məktəblər  üç mərhələ üzrə yarışıblar.

    Birinci, təqdimat mərhələsində, şagirdlər özlərini fransız dilində təqdim ediblər. İkinci, musiqili nömrədə mahnı oxuyub, rəqs  nümayiş ediblər. Üçüncü səhnəcik mərhələsində şagirdlərimiz fransız dilində səhnəcik və mahnı təqdim ediblər.Bu müsabiqədə şagirdlərimiz  3 yerə layiq görülüblər. İştirakçıların bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

    Bununla əlaqədar olaraq aprelin 22-də məktəbimizin direktoru Sevinc Budaqova şagirdlərlə görüş keçirdi. Şagirdlərə bu müsabiqə haqqında ətraflı məlumat verib təbrik edərək onlara gələcək dərslərində uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi