Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

      Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olundu.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf  Nəşrləri” nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

        Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirdilər.

        “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə bizim məktəbimizin şagirdləridə iştirak edib. Şagirdlərimiz  Uilyam Şekspirin "Otello", "Romeo və Julyetta", "Hamlet" dram əsərlərindən hazırlanmış səhnəciklər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi