Cəlil Məmmədquluzadənin yaradıcılıq gecəsi keçirildi

    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “əsrin güzgüsü” adlandırılan Cəlil Məmmədquluzadənin yaradıcılığı olduqca zəngin və hər dövr üçün aktualdır. Şagirdləri ədibin yaradıcılığı ilə daha yaxından tanış etmək, onlarda məktəb kitabxanası ilə əlaqə və mütaliə vərdişlərini möhkəmləndirmək məqsədilə aprelin 18-də məktəbimizin ibtidai sinif müəllimi Sevda Heydərovanın rəhbərliyi altında 3 “A” sinif şagirdlərin iştirakı ilə Cəlil Məmmədquluzadənin yaradıcılıq gecəsi keçirildi. Şagirdlər əvvəlcə yazıçının həyat və fəaliyyəti haqqında məlumat verib, videoçarx nümayiş etdirilib. Daha sonra Cəlil Məmmədqulzadənin "Poçt qutusu" hekayəsini səhnələşdirmişdilər. Balacaların məharətli ifası alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi