Beynəlxalq Mülkü Müdafiə günü

Məktəbdə Beynəlxalq Mülkü Müdafiə günü münasibəti ilə müəllim və şagird kollektivinin iştirakı ilə tədbir keçirilmişdir. 1 mart 1972-ci ildə Beynəlxalq Mülkü Müdafiə təşkilatının yaranması ilə Ümumdünya M/M gününün keçirilməsi qərara alınmışdır. Azərbaycan 1993-cü ildən həmin təşkilatın üzvü olmuşdur. Tədbir iştirakçılarına M/M məqsədi, M/M haqqında anlayış, M/M təşkil edilməsi, M/M haqqında qanundan irəli gələn vəzifələr barədə məlumat verilmişdir. Fövqaladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün insanların həyat və sağlamlığının qorunması, ətraf mühitə vurulan ziyanın azadılması zamanı həyata keçirilən xilasetmə tədbirləri barədə məlumat verilmişdir. Sonda FHN-in bir sıra qurumlarının həyata keçirdiyi xilasetmə işləri barədə video materiala baxılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi