“Qaraca qız” hekayəsinin müzakirəsi keçirildi

 “Mütəliəni həyat tərzinə çevirək” devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirilməsi məqsədi ilə aprelin 12-də məktəbimizin 6 “B” sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayevanın rəhbərliyi ilə S. S. Axundovun “Qaraca qız” hekayəsinin müzakirəsi keçirildi. Debat dərsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov, təşkilatçı müavin Validə Sarıyeva fənn müəllimləri və məktəbdə təcrübə keçən təcrübəçi müəllimlər də iştirak etdilər.

    Şagirdlər “Qaraca qız” hekayəsi haqqında ətraflı məlumat verdilər. Əsərin ideyasını, hekayədə qoyulmuş mövzusunu tam təhlil etdilər şagirdlər hekayənin ayrı-ayrı obrazları haqqında fikirlərini söylədilər. Hekayənin ssenarisi əsasında hazırlanmış filmdən fraqmentlər nümayiş etdirildi, şagirdlər hazırladıqları “Qaraca qızla Ağca xanımın görüş səhnəsi” və “Qaraca qızın Ağca xanımla rəqsi” adlanan səhnələri ifa etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi