Aprel döyüşlərinə həsr olunmuş sinif saatı keçirildi

Aprelin 11-də məktəbin ibtidai sinif müəllimi Yekaterina Puzanovanın təşkilatçılığı ilə 3 "C" sinif şagirdlərin işirakı ilə Aprel döyüşlərinə həsr olunmuş sinif saatı keçirildi. Dərsdə şagirdlər Azərbaycan əsgərlərinin şücaətindən, şəhid əsgərlərimizin mərdliyindən bəhs edən maraqlı səhnələr göstərdilər. Bir daha erməni işğalçılarına nifrətlərini hiss etdirdilər. Vətənpərvərlik hissi aşılayan belə tədbirlərə ehtiyac çoxdur. Vətən uğrunda mərdliklə şəhid olmuş qəhrəmanları şagirlərə yaxından tanıtmaq hər bir müəllimin borcudur.