Azərbaycan gəncləri narkotikə yox deyir

     Aprelin 11-də məktəbimizin akt zalında Nəsimi Rayon Polis İdarəsi təşkilatçılığı ilə "Müstəqil Azərbaycan Respublikasının layiqli vətəndaşı olmaq hər bir gəncin borcudur”, “Azərbaycan gəncləri narkotikə yox deyir”, “”Dini radikalizmə qarşı mübarizənin əsas istiqamətləri” mövzularında geniş maarifləndirici tədbir keçirildi. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.Tədbirdə Nəsimi rayon Polis İdarəsi rəisi polis polkovniki Əbülfət Rzayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Lətafət Dadaşova, məktəbin direktoru Sevinc Budaqova, şagirdlər və müəllimlər  iştirak etdilər.

     Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından və dini radikalizm haqqında profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.         

     Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdlərin maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi