Direktoryani müşavirə

Aprelin 8-də məktəbimizin konfrans zalında direktoyani müşavirə keçirildi. Müşavirədə məktəbin müdiriyəti, sinif rəhbərləri və fənn müəllimləri iştirak etdilər. Müşavirədə məqsəd şagirdlərin təhlükəsizliyin təmin edilməsi, davamiyyət, sinif təşkilat saatlarının təlimata müvafiq şəkildə təşkili, nöbətçilik, şagird-müəllim münasibətlərində psixoloji durumu möhkəmləndirməkdən ibarət idi.
Müşavirədə məktəbin direktoru Sevinc Budaqova müəllim və sinif rəhbərləri qarşısında ciddi tapşırıqlarını verdi.