“Aprel döyüşləri-Aprel Qələbəsi”nə həsr olunmuş tədbir

    Şəhidlik adı ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Aprel döyüşləri və ya Dördgünlük müharibə - 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçü öldürülüb və 500-dən artıq döyüşçü yaralanıb.

     Aprelin 5-də məktəbimizdə 4 “C” və 4 “Ç” sinif şagirdləri, ibtidai sinif müəllimləri Ofeliya Xasayeva və Nazilə Osmanıvanın rəhbərliyi ilə “Aprel döyüşləri-Aprel Qələbəsi”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, şagirdləri və təcrübəçi-müəllimlər iştirak etdilər.

     Tədbir Azərbaycan Dövlət Himni ilə və bir dəqiqəlik sükutla Qarabağ döyüşlərində - Aprel döyüşlərində şəhid olanların xatirəsinin yad edilməsi ilə başladı. Tədbirdə xor kollektivinin ifasında “İgid əsgər” mahnısı ifa olundu, şagirdlər tərəfindən şeir nümunələri, şəhidlərin həyatı haqqında mətnlər səsləndirildi, videolar göstərildi. Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış edərək Aprel hadisələri haqqında bir daha məlumat verdi. Tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi