BŞTİ kollektivi "Ana fəryadı" heykəlini ziyarət edib

26 fevral 2016 - cı il tarixində Xocalı faciəsinin yad edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi "Ana fəryadı" heykəlini ziyarət ediblər.Kollektiv Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən keçərək qızılgüllər düzüb, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.Təəssüf ki, XX əsrdə genosid və etnik təmizləmə hadisələri baş vermiş tarixi faciələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hazırda bu hadisələrin səbəbkarı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər.Ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.BŞTİ kollektivi bu kədərli tarixin iyirmi dördüncü ildönümündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad etmiş, onların yaxınlarına, ailə üzvlərinə, Azərbaycan xalqına bir daha dərin hüznlə baş sağlığı vermiş, abidənin önünə əklil qoyaraq faciə qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi