Aprel döyüşlərinə həsr olunmuş tədbir

      Aprelin 3-də məktəbimizdə Aprel şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Respublikasının Himninin oxunması ilə başladı və şəhid olmuş igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbirdə məktəbin 6 “B” və 9 “A” sinif şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və səhnəciklər təqdim edildi.

     Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva və Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası və Jurnaslitika fakültəsinin tələbələsi təcrübəçi-müəllimi Leyla Hacıyeva tərəfindən təşkil olunmuşdur. Təcrübəçi müəllimlər Aprel döyüşləri haqqında 3 dildə (Azərbaycan, rus, fransız) ətraflı məlumat verib, videoçarx nümayiş etdirdilər.  

     Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış edərək Aprel hadisələri haqqında bir daha məlumat verdi. Tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi